TSQ terror təşkilatı PKK-nın dəstəbaşını zərərsizləşdirdi

Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan birgə əməliyyatda PKK-nın dəstəbaşı olan Cəmil Bayıkın ən yaxın adamlarından olan Rza Altunla bərabər bir çox təşkilat rəhbərliyində olan şəxslər zərərsizləşdirilib.

1171636
TSQ terror təşkilatı PKK-nın dəstəbaşını zərərsizləşdirdi

Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən aparılan birgə əməliyyatda 21 mart günü PKK-nın dəstəbaşlarından olan Cəmil Bayıkın ən yaxın adamlarından olan Rza Altunla bərabər təşkilatın rəhbərliyində olan şəxslər Qəndilə qarşı hava hərəkatı nəticəsində zərərsizləşdirilib.

Zərərsizləşdirilən adlar arasında terror təşkilatı PKK-nın dırnaqarası xarici əlaqələrindən məsul “Navdor” kod adlı Mixail Özdəmir, dırnaqarası sözçüsü “Sərhat Varto” kod adlı Əmrullah Dursun və Qəndildən dırnaqarası məsul olan “Sinan Sor” kod adlı Əli Aktaş da var.

Əməliyyat Rza Altunun Qəndilin İran sərhədinə yaxın bölgədə yığıncaq keçirəcəyinin MİT tərəfindən öyrənilməsi nəticəsində start götürüb. Həmin çərçivədə Rza Altunun istifadə edə biləcəyi bütün yollar və maşınlara nəzarət edilməyə başlanıb.

PKK-nın dırnaqarası yüksək səviyyəli heyətində yer alan Altunun Mixail Özdəmir və Əmrullah Dursun ilə Qəndilin İran sərhədi yaxınlığındakı Abu Bakra kəndinə getdiyinin “Bayraktar TB2” PUA ilə aşkarlanması ilə Türkiyə Silahlı Qüvvələrinə məxsus “F16” qırıcıları tərəfindən hava əməliyyatı keçirilməsi üçün lazım olan koordinasiya yaradılıb. Bu hazırlıqların başa çatmasından sonra 21 mart cümə axşamı günü nahar radələrində MİT-in aşkarladığı həssas koordinat hava əməliyyatı nəticəsində dəqiq olaraq vurulub.

Terror təşkilatının bölgədəki qlobal güclərlə əlaqədə qalmalarına imkan yaradan və mətbuat orqanlarında dıraqarası “Xarici işlər naziri” kimi önə çıxarılan Rza Altun əməliyyatda ağır xəsarət alıb. Altunun aqibətinin nə olduğu barədə hələ də məlumat yoxdur.

Təşkilatın əlaqələrini idarə edən kadrlarına ciddi zərbə endirən və bölgədəki qlobal güclərə xəbərdarlıq xüsusiyyəti daşıyan əməliyyat həmin zamanda PKK-nın TSQ-dan gizlənmək üçün sığındığı Qəndilin mərkəzi bölgələrində də xilas ola bilməyəcəyini ortaya qoymuşdur. 



Әlaqәli Xәbәrlәr