Türkiyə qasırğa fəlakətinin ziyan vurduğu Mozambikə yardım göstərir

Türkiyə qasırğa fəlakətinin ziyan vurduğu Mozambikə yardım etdi.

1169713
Türkiyə qasırğa fəlakətinin ziyan vurduğu Mozambikə yardım göstərir

Türkiyə qasırğa fəlakətinin ziyan vurduğu Mozambikə yardım etdi.

Fövqəladə Hallar İdarəsi Sədrliyi (AFAD) koordinatorluğundakı Türkiyənin yardım təşkilatları humanitar yardımı aparmaq və axtarış-xilasetmə fəaliyyətlərinə qatılmaq üçün qasırğa və sel fəlakətinin ciddi ziyan vurduğu Mozambikə çatıb.

Yardım heyəti Türkiyənin Mozambik səfiri Zeynəb Kızıltan və mozambikli səlahiyyətlilər tərəfindən qarşılanıb.

Səfir Kızıltan Afrikada “İdai” tropik qasırğasının səbəb olduğu fəlakətin ən çox ziyan vurduğu üç ölkədən biri olan Mozambikin fəlakətin təsirlərinə ən çox məruz qalan yer olduğunu bildirib.

Səfir Türkiyənin bölgəyə yardım əlini sürətli şəkildə uzadan ölkələrdən olduğunu vurğulayaraq, ilk mərhələdə TİKA tərəfindən 600 ailə üçün yardım bağlaması hazırlandığını qeyd edib.

Türkiyənin yardım təşkilatları Maputodakı fəaliyyətlərindən sonra fəlakətin ən çox təsirləndiyi Beria şəhərinə yola salınıb.

Cənubi Afrika ölkələrindən Mozambik, Zimbabve və Malavidə keçən həftə baş verən qasırğa və güclü yağışların səbəb olduğu daşqınlara görə ölənlərin sayının 700-ü ötdüyü bildirilmişdi.



Әlaqәli Xәbәrlәr