Türkiyə ilə Rusiya vizasız səyahəti müzakirə edir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz, şəxsiyyət vəsiqəsilə səyahət etməsinə imkan yaratmaq üçün yığıncaq keçirməyə başladıqlarını söylədi.

1170109
Türkiyə ilə Rusiya vizasız səyahəti müzakirə edir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz, şəxsiyyət vəsiqəsilə səyahət etməsinə imkan yaratmaq üçün yığıncaq keçirməyə başladıqlarını söylədi.

Mövlud Çavuşoğlu Antaliyada Kaleiçi Saat Qülləsi yanında təşkil edilən yığıncaqda çıxış edib.

Viza rejiminin ləğvi üçün səy göstərdiklərini və işlərə sürət verdiklərini ifadə edən Çavuşoğlu deyib: “Elektron viza tətbiqini başlatdıq. Kafedə oturarkən, televiziyaya baxarkən əlinizdəki telefondan, bilgisayardan 3 dəqiqə içində elektron vizanı ala bilirlər. Bəzi ölkələr üçün də ön şərtləri ləğv etməyə başladıq. Misal üçün Çin. Hindistana istiqamətli xüsusi fəaliyyətlərimiz var, orada 14 bölgədə viza ofisləri açdıq. Türkiyəyə gəlmək istəyən hindlilərə asan viza vermək istəyirik."

Bəzi ölkələrlə pasportsuz səyahəti reallaşdırdıqlarını ifadə edən Çavuşoğlu Gürcüstan, Ukrayna və Moldovaya səyahətlərin pasportsuz reallaşdırıldığını bildirib.

Rusiya vətəndaşlarının ölkəmizə pasaportsuz, şəxsiyyət vəsiqəsilə gəlməsin imkan yaratmaq üçün yığıncaqlara başladıqları vurğulayan Çavuşoğlu "28 martda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Antalyaya gəlir və Antaliyada bunları detallı bir şəkildə görüşəcəyik. 8 apreldə isə birlikdə Moskvaya gedəcəyik həm ikitərəfli yüksək səviyyəli strateji iş birliyi şurası toplantımızı təşkil edəcəyik həm də Rusiya ilə də Mədəniyyət və Turizm ili başladı, onun açılışını Moskvada birlikdə edəcəyik. Bunların hamısı ölkəmizin təbliğatı və daha çox turistin gəlməsi üçün atılan addımlardır” deyib.

Çavuşoğlu Türkiyəyə səhiyyə ya da fərqli məqsədlə gələn turistlərin daha uzun müddət qalmaq istədiklərini və bu istiqamətdə tələbləri olduğunu söyləyib.

Xüsusilə soyuq ölkələrdən gələn turistlərin daha uzun müddət Türkiyədə qalmaq istədiklərini qeyd edən Çavuşoğlu, müddətin bəzi ölkələr üçün 30 gün olduğunu, bunu 90 günə çıxardıqlarını vurğulayıb.

90 gündən artıq Türkiyədə qalmaq mövzusunun isə qanunlar çərçivəsində təyin olunduğunu bildirən Çavuşoğlu "Qanun ilə turistlərin Türkiyədə 90 günlük qalma müddətini artıracağıq. Səlahiyyət Mədəniyyət və Turizm Nazirliyi ilə Xarici İşlər Nazirliyində olacaq" deyə söyləyib.



Әlaqәli Xәbәrlәr