Türkiyә Malidә törәdilәn hücumu qınadı

Türkiyә Malinin Mopti bölgәsindәki kәndә tәşkil edilәn hücumu qınayaraq bu ölkәyә başsağlığı verdi.

1169583
Türkiyә Malidә törәdilәn hücumu qınadı

 

Türkiyә Malinin Mopti bölgәsindәki kәndә tәşkil edilәn hücumu qınayaraq bu ölkәyә başsağlığı verdi.

Türkiyәnin Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Malinin Mopti bölgәsindәki Bankass qәsәbәsi yaxınlığında yerlәşәn bir kәndә edilәn hücum nәticәsindә çox sayda adamın yaralanması vә hәlak olması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Bu xain hücumu qınayır, hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa, qardaş Mali xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, Malinin Mopti bölgәsindәki kәndә tәşkil edilәn hücum nәticәsindә 115 nәfәr hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr