"Nə lazımdırsa etdik, edəcəyik və buna imkan verməyəcəyik", H.Akar

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar: "Fərat çayının şərqində terrorçuların varlığı mütləq sona çatmalıdır. Onlar ölkəmizi, xalqımızı, sərhədlərimizi təhdid edir, təhlükəyə atır", - deyə vurğuladı.

1169330
"Nə lazımdırsa etdik, edəcəyik və buna imkan verməyəcəyik", H.Akar

 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar: "Fərat çayının şərqində terrorçuların varlığı mütləq sona çatmalıdır. Onlar ölkəmizi, xalqımızı, sərhədlərimizi təhdid edir, təhlükəyə atır", - deyə vurğuladı.

  Suriya sərhədinin neytral xəttində martın 23-də orenerallar Güler ​​və Dündar ilə birlikdə reydə olan H.Akar Türkiyə Silahlı Qüvvələrinin ölkəsinin və xalqının haqq və hüququnu qorumaq üçün üzərinə düşən vəzifələri ən yaxşı şəkildə yerinə yetirdiyi söyləyərək deyib:

  "Türkiyənin cənubunda terrorçuların mövcudluğunu qəbul edə bilmərik. Onların buradakı varlığı bu və digər şəkildə ölkəmizə, xalqımıza çox ciddi təhdid və təhlükədir. Buna görə də ölkəmizin cənubunda, 911 kilometr sərhədimiz olan bir ölkədə terrorçu dəhlizinin olmasını da qəbul etmək əsla mümkün deyil. Nə lazımdırsa etdik, edəcəyik və buna imkan verməyəcəyik.

  Müttəfiqlərimizdən, xüsusilə Münbiçlə bağlı verdikləri sözü təcili yerinə yetirmələrini gözləyirik. Fəratın şərqində də hər hansı terror dəhlizinə göz yummayacağımızı dəfələrlə söyləmişik. Bu bölgədə 30-40 kilometrlik neytral və etibarlı bir bölgənin yaradılmalı, rəhbərliyi də Türkiyə Silahlı Qüvvələrinin əlində olmalıdır. TSQ-nın olacağı bu bölgədə həm dinclik, sabitlik və atəşkəs olar, həm sərhədlərimiz və xalqımızın təhlükəsizliyi təmin edilər, həm Suriya hökuməti və terrorçuların təzyiqi olmaz, həm də suriyalı bacı-qardaşlarımız əminliklə evlərinə dönərlər. Bu istiqamətdə işlərimiz davam edir.”

  Hulusi Akar və komandanlar bir neçə saatdan sonra bölgədən ayrılıblar.



Әlaqәli Xәbәrlәr