Rәcәb Tayyib Әrdoğan Ankaparkın açılış mәrasimindә iştirak edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türk xalqının әn böyük gücünün qardaşlıq vә hәmrәylik hisslәrinin  olduğunu deyib.

1167325
Rәcәb Tayyib Әrdoğan Ankaparkın açılış mәrasimindә iştirak edib

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türk xalqının әn böyük gücünün qardaşlıq vә hәmrәylik hisslәrinin  olduğunu deyib.

Rәcәb Tayyib Әrdoğan Ankaparkın  ‘‘Wonderland Euroasia’’  açılış mәrasimindә iştirak edib.

Türkiyәnin inkişaf etmәsini istәmәyәn bәzi dairәlәrin gizli oyunlara hazırlaşdığını vurğulayan Әrdoğan bildirib ki, Türkiyә  bütün çәtinliklәrә baxmayaraq inkişaf etmәyә davam edir. Türk xalqının әn böyük gücü qardaşlıq vә hәmrәylik hisslәridir.

Әrdoğan  çıxışı zamanı Yeni Zelandiyadakı  iki mәscidә hücum tәşkil edәrәk 50 nәfәri qәtlә yetirәn terrorçunun dırnaqarası manifestinә dә toxunub.

Türkiyә prezidenti  martın 31-dә keçirilәcәk bәlәdiyyә seçkilәrindә verilәn sәslәrә sahib çıxılması ilә әlaqәdar da çağırış edib.



Әlaqәli Xәbәrlәr