Türkiyә XİN Malidә törәdilәn terror aktını qınadı

Türkiyә Malinin Mopti bölgәsindә tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn hücumu qınadı.

1165767
Türkiyә XİN Malidә törәdilәn terror aktını qınadı

 

Türkiyә Malinin Mopti bölgәsindә tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn hücumu qınadı.

Türkiyәnin Xarici İşlәr nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Malinin Mopti bölgәsindә tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn hücum nәticәsindә çox sayda adamın hәlak olması vә xәsarәt alması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Bu xain hücumu qınayır, hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa, Mali xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, Malinin Mopti bölgәsindәki hәrbi bazaya  dünәn tәşkil edilәn hücum nәticәsindә 21 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr