Türkiyә prezidenti gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan özәl televiziya kanallarından birinә müsahibә verib.

1164024
Türkiyә prezidenti gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

 

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan özәl televiziya kanallarından birinә müsahibә verib.

Әrdoğan müsahibә zamanı gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.

İsraildә keçirilәcәk seçkilәrә toxunan Rәcәb Tayyib Әrdoğan adı rüşvәt vә korrupsiya mәsәlәlәrindә hallanan Baş nazir Binyamin Netanyahunun gündәmi dәyişdirmәk üçün müsәlmanların müqәddәs mәkanlarına  hücum etdiyini qeyd edib.

İsrailin demokratiya ilә әlaqәsinin olmadığını bildirәn Әrdoğan: ‘‘ Netanyahu sen kimi aldadırsan ? Bütün sәnәdlәr, şәkillәr vә video qeydlәri әlimizdәdir. Bizim müqqәdәs mәkanımıza ayaqqabılarla daxil olacaq qәdәr sәviyyәsizsiniz. Uşaqlara vә qadınlara zülm edәn zalımsınız. Hazırda İsrailin hәbsxanalarında 10 minәdәk fәlәstinli qadın, uşaq vә yaşlı mәhbus var'' deyә vurğulayıb.

İsrailin yalnız yәhudilәrin milli dövlәti  olduğunu ifadә edәn  Rәcәb Tayyib  Әrdoğan bildirib ki, öz vәtәndaşlarını tәsniflәndirәrәk irqçiliyin әn pis nümünәsini nümayiş etdirәn ölkә hansıdır deyә soruşsanız İsrail deyәrәm. Bu irqçi münasibәti pislәyirik.

Qərb ölkələrinin Mәscidül Әqsaya edilә hücumu qınamamasına da reaksiya göstәrә prezident Әrdoğan deyib: ‘‘Mәscidül Әqsa yalnız müsәlmanların deyil xristianların da müqәddәs mәbәdidir’’.



Әlaqәli Xәbәrlәr