Fuad Oktay və Mövlud Çavuşoğlu Yeni Zelandiyaya səfər edəcək

Türkiyə prezidentinin müavini Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yeni Zelandiyaya gedəcək.

1164508
Fuad Oktay və Mövlud Çavuşoğlu Yeni Zelandiyaya səfər edəcək

  Türkiyə prezidentinin müavini Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yeni Zelandiyaya gedəcək.

  F.Oqtay və M.Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə 15 martda baş verən terror hücumunda həyatını itirən 49 adamın cənazə mərasmində iştirak edəcək.

  Bu arada Ərdoğan Yeni Zelandiyanın prezidenti Dama Petsi Reddiyə (Dame Patsy Reddy) zəng edib və 2 məsciddə 49 insanı öldürən və 48 adamın da yaralandığı terror hücumunu bütün müsəlmanlar adından lənətlədiyini bildirib. Ərdoğan deyib: "Terrorçunun hücumdan əvvəl yaydığı manifest bu işin fərdi bir hərəkət olmadığını açıq şəkildə göstərir. Bunun arxasındakı terror qrupları aşkar edilərsə, Yeni Zelandiya rahat olacaq.”

  Müavini Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Yeni Zelandiyaya heyətlə göndərəcəyini bildirən Ərdoğan: "Yeni Zelandiyada yeni yol xəritəsini müəyyən etmək üçün ölkə rəsmilərilə bir qiymətləndirmə aparılması uyğun olacaq. Yeni Zelandiyaya - azadlıq ölkəsinə kölgə düşməsini istəmirik", - deyib.


Etiketlәr: #Yeni Zelandiya , #terror

Әlaqәli Xәbәrlәr