Mövlud Çavuşoğlu III Brüssel Konfransında çıxış edib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Belçikada Suriya mәsәlәsi ilә bağlı keçirilәn III Brüssel Konfransında iştirak edib.

1163692
Mövlud Çavuşoğlu III Brüssel Konfransında çıxış edib

 

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Belçikada Suriya mәsәlәsi ilә bağlı keçirilәn III Brüssel Konfransında iştirak edib.

Konfrans çәrçivәsindә keçirilәn "Suriya və bölgənin gələcəyini dəstəkləmək" adlı sessiyada çıxış edәn   Mövlud Çavuşoğlu  Türkiyənin  3 milyon 600 min suriyalı qaçqına  ev sahibliyi etdiyini  xatırladaraq  qaçqın mәsәlәsinin hәlli üçün hәrkәsin  üzәrinә düşәn öhdәliyi yerinә yetirmәsi ilә әlaqәdar çağırış edib.

Mövlud Çavuşoğlu  Amerika Birləşmiş Ştatlarının  Suriyadan çıxma prosesi  zamanı  ölkәnin siyasi və ərazi bütövlüyünün qorunmasının vacibliyini də vurğulayıb.

‘‘Siyasi mәnada bir  boşluğun yaranmasına və DEAŞ, PYD, YPG/PKK kimi separatçı terror təşkilatlarının və rejimin vəziyyəti istismar etməsinə mane olmalıyıq. ABŞ vә digәr aktyorlarla әmәkdaşlığımızı davam etdirәcәyik",-deyә Mövlud Çavuşoğlu vurğulayıb.

Cәnәvrә danışıqları vә Astana prosesinin zorakılığın azalmasına vә siyasi prosesin inkişaf etmәsinә konkret töhfәlәr verdiyini vurğulayan Çavuşoğlu  bildirib ki, görülәn birgә işlәr nәticәsindә Konstitusiya Komitәsinin yaradılmasının son mәrhәlkәsinә gәlinib.

Rusiya ilә Türkiyә arasında 2018-ci ilin 17 sentyabr tarixindә İdliblә bağlı  әldә olunan razılaşmaya toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘İdlibdәki deeskalasiya zonası yeni bir köç dalğasının yaşanmaması üçün uğurlu bir addım idi’’.



Әlaqәli Xәbәrlәr