"Yalanlar və təzyiqlər günahlarınızı gizlətməyəcək", İ.Kalın

Sosial media hesabı “Twitter”dən etdiyi paylaşmada İ.Kalın B.Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sözlərinə reaksiya göstərərək bildirib...

1162305
"Yalanlar və təzyiqlər günahlarınızı gizlətməyəcək", İ.Kalın

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın İsrailin Baş naziri Binyamin Netanyahuya “Yalanlar və təzyiqlər günahlarınızı gizlətməyəcək" dedi.

  Sosial media hesabı “Twitter”dən etdiyi paylaşmada İ.Kalın B.Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sözlərinə reaksiya göstərərək bildirib: “Netanyahu ərəblər və ümumilikdə müsəlmanlara qarşı irqçi bəyanatlarını ifşa edən prezident Ərdoğana hücum edir. Onun idarə etdiyi qondarma dövlət Fələstin torpaqlarını işğal edir, qadın və uşaqları öldürür, fələstinliləri öz yerlərində həbsə atır. Siz yalanlar və təzyiqlər günahlarınızı gizlətməyəcək".



Әlaqәli Xәbәrlәr