“Türkiyə Avropa İttifaqı üçün kilid bir ortaqdır”, V.Dansila

Rumıniya hökumətindən verilən yazılı açıqlamaya görə, Baş nazir V.Dansila Türkiyənin Buxarestdəki səfiri Füsun Aramazı qəbul edib. İki ölkə arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin əhəmiyyətini qeyd edərək bildirib...

1162270
“Türkiyə Avropa İttifaqı üçün kilid bir ortaqdır”, V.Dansila

  Avropa İttifaqının (Aİ) dövri sədri, Rumıniyanın Baş naziri Viorika Dansila (Viorica Dancila) Türkiyənin Aİ üzvlüyünü dəstəkləməyə davam edəcəklərini bildirib: “Türkiyə Avropa İttifaqı üçün kilid bir ortaqdır”.

  Rumıniya hökumətindən verilən yazılı açıqlamaya görə, Baş nazir V.Dansila Türkiyənin Buxarestdəki səfiri Füsun Aramazı qəbul edib. İki ölkə arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin əhəmiyyətini qeyd edən nazir bildirib: “Aİ ölkələrindən sonra Türkiyə Rumıniyanın ən mühüm iqtisadi tərəfdaşıdır. Biz Türkiyənin Aİ üzvlüyünü dəstəkləyirik… Türkiyə regiondakı çətinlikləri idarə və birgə maraqları təqib edir. Türkiyə Aİ üçün kilid bir ortaqdır.

   Türkiyə səfiri F.Aramaz da öz növbəsində Rumıniya ilə yaxın və güclü əlaqə və əməkdaşlıqları hər sahədə daha irəli aparmaq istiqamətində səy göstərdiklərini bildirərək müxtəlif layihələrlə bağlı addımları sadalayıb.”



Әlaqәli Xәbәrlәr