TSQ “İdlib deeskalasiya bölgəsi”ndə keşik çəkmə fəaliyyətini həyata keçirməyə başladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyada “İdlib deeskalasiya bölgəsi”ndə keşik çəkmə fəaliyyətini həyata keçirməyə başladı.

1159884
TSQ “İdlib deeskalasiya bölgəsi”ndə keşik çəkmə fəaliyyətini həyata keçirməyə başladı
tsk idlib devriye1.jpg

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyada “İdlib deeskalasiya bölgəsi”ndə keşik çəkmə fəaliyyətini həyata keçirməyə başladı.

TSQ 14 fevralda Türkiyə, Rusiya və İranın iştirak etdiyi Soçi zirvə yığıncağında qəbul edilən qərar çərçivəsində “İdlib deeskalasiya bölgəsi”ndə keşik fəaliyyətini başlatdı.

Keşik çəkmə fəaliyyəti razılaşma çərçivəsində yaradılan silahlardan təmizlənən bölgədə, İdlibin şimalından başlayaraq Hələb vilayətinin cənubuna uzanan bölgədə aparılır.

TSQ konvoyunun marşrutu bu 6 məntəqəni əhatə edir:

“İdlibin şimalındakı Kefer Lusin ilə Dana, Hələbin qərbindəki Etarib, Hələbin cənub-qərbindəki Qammari, Kanatir və Tel Eys.”

Patrul fəaliyyətlərinin davam edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr