XİN Almaniya mediasına reaksiya verdi

Türkiyə, bütün ölkələrdən gələn turistləri Türk qonaqpərvərliyi ilə qarşılamaqda davam edəcək. Xarici İşlər Nazirliyindən bu barədə bəyanat yayılıb.

1157744
XİN Almaniya mediasına reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, Alman mediasında dərc olunmuş məsnədsiz xəbərlərə münasibət bildirib.

Aksoy: “ Almaniyada bəzi mətbuat və veriliş orqanlarında Türkiyəyə səyahət edəcək Almaniyalılar bu ölkədə arzu edilməyən sürprizlərlə qarşılaşa bilərlər başlıqlı xəbərlərin dərc olduğu müşahidə olunur. Bu xəbərlər həqiqətə ziddir. Hörmətli Daxili işlər nazirimizin terrora qarşı mübarizəmiz davam edir şəklindəki sözlərini turizm və ölkə təhlükəsizliyi ilə əsaslandırmaq böyük səhvdir və siyasi məqsədlidir. Türkiyə həmişə olduğu kimi Almaniya və digər bütün ölkələrdən gələn turistləri ənənəvi Türk qonaqpərvərliyi çərçivəsində qarşılamaqda davam edəcək”.

 

 



Әlaqәli Xәbәrlәr