Türkiyədən Trampın qərarına reaksiya:"Qərar ABŞ şirkətlərinə, istehsalçılara mənfi təsir göstərəcək"

Türkiyə ABŞ prezidenti Donald Trampın Türkiyənin vergi rüsumlarından azad edən Ümumiləşdirilmiş Əlavə Üstünlüklər Sistemi Proqramından (GSP) çıxarılmasına dair qərarının iki ölkənin ticarət həcmi hədəfinı zidd olduğunu bildirdi.

1157297
Türkiyədən Trampın qərarına reaksiya:"Qərar ABŞ şirkətlərinə, istehsalçılara mənfi təsir göstərəcək"

Türkiyə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Türkiyənin vergi rüsumlarından azad edən Ümumiləşdirilmiş Əlavə Üstünlüklər Sistemi Proqramından (GSP) çıxarılmasına dair qərarının iki ölkənin ticarət həcmi hədəfi ilə  ziddiyyət təşkil etdiyini, bu qərardan ABŞ-ın kiçik və orta şirkətləri ilə istehsalçılara də mənfi təsir edəcəyini bildirdi.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan ABŞ prezidenti Donald Trampın Türkiyənin bəzi məhsulların gömrük rüsumu alınmadan ABŞ-a girişini təmin edən Ümumiləşdirilmiş Əlavə Üstünlüklər Sistemi Proqramından (GSP) çıxarılması qərarı ilə bağlı fikir bildirdi.

Açıqlamasını "Twitter" vasitəsilə bölüşən Pekcan:"Avqust ayından etibarən davam edən nəzərdən keçirmə müddətindən sonra  ABŞ Türkiyənin GSP proqramından çıxarılmasına dair qərar qəbul etdiyini açıqladı. 2018-ci ilin 11 aylıq dövründə ABŞ-ın GSP çərçivəsində dünyadan etdiyi 20,9 milyard dollarlıq idxalda Türkiyə 1,74 milyard dollarlıq və 8.2 faizlik payla 5-ci tədarükçü ölkədir. Sözügedən qərar iki ölkə hökumətlərinin elan etdiyi 75 milyard dollar məbləğindəki ticarət həcmi hədəfinə ziddir. Bu qərar eyni zamanda, ABŞ-ın kiçik və orta şirkətlərinə, o cümlədən istehsalçılara mənfi təsir göstərəcək" dedi.

Pekcan: "Strateji tərəfdaşımız olan ABŞ ilə aramızadakı ticarət həcmini artırmaq istiqamətindəki fəaliyyətlərimizi fasiləsiz şəkildə davam etdirəcəyik" deyə yazdı.
 



Әlaqәli Xәbәrlәr