Mövlud Çavuşoğlu Qüds mәsәlәsini qiymәtlәndirib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  Fәlәstinin Avropa ölkәlәrindәki sәfirlәrinin mәşvәrәt toplantısında iştirak edib.

1155913
Mövlud Çavuşoğlu Qüds mәsәlәsini qiymәtlәndirib

 

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  Fәlәstinin Avropa ölkәlәrindәki sәfirlәrinin mәşvәrәt toplantısında iştirak edib.

Toplantıda çıxış edәn XİN rәhbәri Mövlud Çavuşoğlu  Qәzzadakı qeyri-insani blokadanı davam etdirәn İsrailin iki dövlәtli hәllin  mümkünlüyünә zәrbә vuran  kampaniya apardığını deyib.

‘‘Keçәn il İsrail parlamentindә qәbul edilәn dırnaqarası ''Milli Dövlәt Qanunu'' da bunu әks etdirir. Bu  cәhdlәrin sülh vә dialoq hәdәflәrimizә  mane olmasına icazә vermәyәcәyik. İsrail qeyri-qanuni fәaliyyәtlәrini artırdıqca  biz beynәlxalq alәmdә sülh vә әdalәt  üçün daha çox sәy göstәrәcәyik’’,-deyә Türkiyәnin Xarici İşlәr naziri qeyd edib.

İran mәsәlәsinә dә toxunan Mövlud Çavuşoğlu bildirib ki, İranın bu şәkildә küncә sıxışdırılmasının bölgә üçün çox riskli vә tәhlükәli olduğunu düşünürük.



Әlaqәli Xәbәrlәr