Ərdoğan: "Xuan Quaydo verdiyi bəyanatlardan utanmalıdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özəl televiziya kanalının canlı efirində gündəmə dair açıqlamalar verdi.

1153422
Ərdoğan: "Xuan Quaydo verdiyi bəyanatlardan utanmalıdır"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özəl televiziya kanalının canlı efirində gündəmə dair açıqlamalar verdi.
 
Venesuelada özünü dövlət başçısı elan edən Xuan Quaydonun ortaya atdığı Venesuela prezidenti Nikolas Maduroya yaxın bəzi yüksək vəzifəli şəxslərin Türkiyəyə qaçdığı iddiasına reaksiya verən Ərdoğan: "Mənim ölkəmə Venesueladan heç kim qaçıb gəlməyib. Aramızda ticarət əlaqələri var. Bu çərçivədə oradan səlahiyyətli şəxslər gələr, danışıqlarını apararlar. Quaydo Türkiyəni tanımır, Türkiyəni qəbilə dövləti hesab edir. Bəzi şeyləri öyrənməlidir. Dövlət adamı olmaq asan iş deyil. Ümidvaram ki, bu prosesdə bəzi şeyləri öyrənər" dedi.
 
Ərdoğan Venesuela mövzusu ilə bağlı fikrini bildirərkən bir daha Maduronu dəstəklədiyini qeyd edərək sözünə belə davam etdi: "Bu həqiqəti görmək lazımdır. Maduro seçilmiş bir liderdir. Quaydo seçilmiş bir lider deyil, o parlament sədrliyinə gəlmiş biridir. Təəssüf ki, onu oraya əyalət valisi kimi təyin etmə cəhdləri var. İnsan utanar. Sən seçkilərlə oraya gəlməmisən ki. Səni biri oraya təyin edir. Sən:"Mən seçilərək gəlməmişəm, mən bu vəzifəyə göz dikə bilmərəm" deməlisən. Deyirlər ki, aclıq, səfalət, filan var. Mən qısa müddət əvvəl orada idim. Elə bir şey yoxdur" ifadələrini işlədərək Quaydoya reaksiya göstərdi.
 
 



Әlaqәli Xәbәrlәr