Çad Respublikasının prezidenti Türkiyədə səfərdədir

Çad Respublikasının prezidenti İdris Debit Itno prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etdi.

1153537
Çad Respublikasının prezidenti Türkiyədə səfərdədir

Çad Respublikasının prezidenti İdris Debit Itno prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etdi.
 
 Paytaxt Ankarada ilk olaraq Cümhuriyyətin banisi Atatürkün məzarının yerləşdiyi Anıtqəbri ziyarət edən prezident Itnonu Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy müşayiət etdi.
 
Itno onu müşayiət edən heyətlə Ənıtqəbrin Aslanlı yolundan keçdi, Atatürkün mavzoleyinə əklil qoyaraq, onu bir dəqiqəlik sükutla yad etdi.
 
 Misak-i Milli qülləsində Anıtqəbir xatirə kitabına Itno bu ürək sözlərinin yazdı: "Türk millətinin atası, əfsanəvi insanın yatdığı Anıtqəbrə ikinci səfərimdir. Xəyalınızdakı kimi, Türkiyə bu gün xələfiniz, qardaşım və dostum prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində çox böyük bir millətdir. Nur içində yatın".
 
 Çad prezidenti İdris Debit Itno ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasındakı görüşlərdə ikitərəfli əlaqələrin bütün aspektləri müzakirə olunacaq müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçiriləcək.



Әlaqәli Xәbәrlәr