Çad prezidenti Ankarada görüşlərini davam etdirir

Çad Cümhuriyyəti prezidenti İdris Debi İtno prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankarada səfərdədir.

1153731
Çad prezidenti Ankarada görüşlərini davam etdirir

Çad Cümhuriyyəti prezidenti İdris Debi İtno prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankarada səfərdədir.

Paytaxt Ankarada ilk olaraq Cümhuriyyətin banisi Atatürkün məzarının yerləşdiyi Anıtqəbri ziyarət edən prezident İtnonu Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy müşayiət etdi.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop qonaq prezidntlə Məclisdə bir araya gəldi.

Şentop və İtno təkbətək görüşdən sonra Divan salonunda keçirilən heyətlar arasındakı görüşə də başçılıq etdilər.

Görüşlərdə TBMM-nin Baş katibi Mehmet Əli Kumbuzoğlu, Türkiyə-Çad Parlamentlərarası Dostluq Qrupu sədri və Ədalət və İnkişaf  Partiyasının  Ordu şəhərindən millət vəkili Ərgün Taşçı Türkiyənin Encemine səfiri Ərdal Sabri Ərgən, Çadın Ankara səfiri Adoul Dangai Guet də iştirak etdilər.

Mətbuata qapalı keçirilən görüşlərdən sonra Çad prezidenti İtno Məclisin Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı tarixindəki çevriliş cəhdi zamanı bombalanan yerlərini gəzdi.

Kumbuzoğlu İtnoya 15 iyul gecəsi baş verənlər və edilən hücumlarla əlaqədar məlumat verdi.

Məclisin ümumi iclasının keçirildiyi salonu da gəzən qonaq prezident daha sonra Məclis binasından ayrıldı.



Әlaqәli Xәbәrlәr