Türkiyә XİN Xocalı soyqırımını qınadı

Türkiyənin  Xarici İşlər Nazirliyi Xocalı soyqırımının  27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

1152851
Türkiyә XİN Xocalı soyqırımını qınadı

 

Türkiyənin  Xarici İşlər Nazirliyi Xocalı soyqırımının  27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Türkiyənin Xarici İşlәr Nazirliyi  bu soyqırımı  və Ermənistanın Azərbaycan torpaqlarında davam edən işğalını kәskin dillә qınayır.

Xarici İşlәr Nazirliyindәn verilәn yazılı açıqlamada  1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində Ermənistan hәrbi birlәşmәlәri  tərəfindən təşkil edilən hücumda yüzlərlə Azərbaycan vətəndaşının öldürüldüyü, yaralandığı və girov götürüldüyü  qeyd edilib.

Dinc xalqa yönəlmiş bu hücum və Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bir milyondan çox azərbaycanlının yurdlarından didərgin salındığı və öz vətənlərində qaçqın həyatı yaşamağa məhkum edildiyi bildirilib.

“Bu qətliamı və Ermənistanın Azərbaycan torpaqlarında davam edən işğalını şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 27 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın kədərini qəlbimizdə hiss edirik. Bu faciədə həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk”, - bəyanatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr