Çad prezidenti Türkiyәyә sәfәr edәcәk
Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
![Çad prezidenti Türkiyәyә sәfәr edәcәk](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/297d/b606/ab05/5c753797c2734.jpg?time=1718856038)
Çad prezidenti İdris Debi İtno prezident Rәcәb Tayib Әrdoğanın dәvәti ilә Türkiyәyә rәsmi sәfәr edәcәk.
Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, Çad prezidenti İtno 26-28 fevral tarixlәrindә Türkiyәdә sәfәrdә olacaq.
Rәcәb Tayyib Әrdoğan vә İdris Debi İtnonun paytaxt Ankarada keçirәcәyi görüşdә ikitәrәfli münasibәtlәrin bütün aspektlәri nәzәrdәn keçirilәcәk, hәmçinin müxtәlif sahәlәrdә әmәkdaşlığın imkanları müzakirә olunacaq.
Görüşdә hәmçinin aktual regional vә beynәlxalq proseslәr әtrafında fikir mübadilәsinin aparılması nәzәrdә tutulur.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718856038)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718856038)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq