Türkiyә Böyük Millәt Mәclisi Xocalı qətliamı ilә bağlı bәyanat yayıb

Türkiyə bәşәriyyәt tarixinә qara lәkә olan  Xocalı qətliamının təkrarlanmaması üçün beynəlxalq ictimaiyyәtә çağırış edib.

1152092
Türkiyә Böyük Millәt Mәclisi Xocalı qətliamı ilә bağlı bәyanat yayıb

 

Türkiyə bәşәriyyәt tarixinә qara lәkә olan  Xocalı qətliamının təkrarlanmaması üçün beynəlxalq ictimaiyyәtә çağırış edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici Mәsәlәlәr üzrә  Komissiyası Xocalı qətliamı ilә bağlı bәyanat yayıb.

Xocalı soyqırımının bәşәriyyәt tarixinә qara lәkә olduğu vurğulanan bәyanatda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı  ilə İslam Əməkdaşlıq Təşkilatına bu faciәyә lazımi әhәmiyyәt vermәlәri vә lazımi reaksiya göstәrmәlәri ilә әlaqәdar çağırış edilib.

Bәyanatda Ermәnistan hәrbi birlәşmәlәrinin 1992-ci il fevralın 25-dәn 26-na keçәn gecә Dağlıq Qarabağın Xocalı şәhәrinә  tәşkil etdiyi  hücumu  nәticәsindә 106-ı qadın, 63-ü uşaq vә 70-i  dә qoca olmaqla  613 günahsız Azәrbaycan vәtәndaşının vәhşicәsinә qәtlә yetirildiyi, 76-ı uşaq olmaqla 487 nәfәrin yaralandığı, 1275 nәfәrin  girov götürüldüyü bildirilib.  Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 

‘‘Türkiyә Ermәnistan  hәrbi birlәşmәlәri  tәrәfindәn hәyata keçirilәn bu qətliamı kәskin dillә qınayır. Qətliamı törәdәnlәrin beynәlxalq mәhkәmә qarşısında cavab vermәlәri  ilә әlaqәdar çağırışımizi  tәkrar edirik. Xocalı qətliamı nәticәsindә hәlak olan Azәrbaycanlı qardaşlarımızın xatirәsini hörmәtlә yad edirik, kәdәrli ailәlәrinә vә bütün Azәrbaycan xalqına dәrin hüznlә başsağlığı veririk’’,-deyә bәyanatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr