Ərdoğan: "İstanbulu gözəlləşdirməyə davam edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliçdəki  “Tərsanə İstanbul”da ilk dəfə qadın muzeyinin yaradılacağını söylədi.

1151143
Ərdoğan: "İstanbulu gözəlləşdirməyə davam edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəyoğlu Camikəbirdə “Tərsanə İstanbul”un təməlqoyna mərasimində iştirak etdi.

Prezident burada çıxış edərək İstanbul və Haliç üçün tarixi bir layihənin həyata keçirildiyini bildirdi, bu layihənin İstanbulun brend dəyərini artıracağını, Türkiyənin turizm gəlirinə də müsbət töhvə verəcəyini dilə gətirdi.

Ərdoğan 238 min kvadrat metrlik sahəni əhatə edəcək layihə çərçivəsində hər biri  70 yaxta tutacaq həcmə malik 2 liman və 5 ulduzlu 3 otel inşa ediləcəyi barədə məlumat verdi.

Türkiyə prezidenti sözünə davam edərək: "Burada Türkiyənin çox əhəmiyyətli 3 muzeyi və ilk qadın muzeyi yaradılacaq. “Tərsanə İstanbul” layihəsi 60 min vətəndaşımızı işlə təmin edəcək" dedi.

Layihə çərçivəsində, mədəniyyət mərkəzi, sərgi sahəsi, teatr, kinoteatr, əyləncə müəssisələri və 5 min 700 avtomobillik bağlı otoparkın da tikiləcəyini ifadə edən Ərdoğan “apart unite”, 100 min kvadrat metrlik açıq sahə və 80 min kvadrat metrlik pərakəndə sahənin də bu layihənin bir hissəsi olduğunu qeyd etdi.

Haliçi təkrar İstanbulun incisi etdiklərini, yeni layihələrlə buranın səviyyəsini daha da qaldıracaqlarını vurğulayan Ərdoğan:"Kəmərburgaz-Qara dəniz sahilində “Decauville” relsli sistem xəttini həyata keçirəcəyik. Qarşıdakı dövrdə İstanbulu yolları, metroları, parkları, şəhər bağçaları, infrastrukturu, üst quruluşu ilə, bu gün burada olduğu kimi möhtəşəm təsisatları ilə gözəlləşdirməyə davam edəcəyik" deyə danışdı.

                                                                                      



Әlaqәli Xәbәrlәr