ABŞ və Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndələri Ankarada görüşdülər

Amerika Birləşmiş Ştatlarının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad və Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov  paytaxt Ankarada görüşdülər.

1150619
ABŞ və Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndələri Ankarada görüşdülər

Amerika Birləşmiş Ştatlarının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad və Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov  paytaxt Ankarada görüşdülər.
 
 Rusiyanın Ankaradakı səfirliyində keçirilən görüşdə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və iki ölkənin bəzi rəsmi şəxsləri iştirak etdilər.
 
 Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat 15 dəqiqə davam etdi.
 
 Kabulov fevralın 12-də Rusiyanın paytaxtı Moskovada verdiyi açıqlamada Rusiya və ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndələrinin fevralın 22-də Ankarada görüşəcəyini açıqlamışdı.
 
 Əfqanıstan prezidenti Əşrəf Qəninin rəhbərlik etdiyi hökumət üçün böyük təhlükə yaradan Taliban təşkilatı hazırda ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyub saxlayır.
 
 Bəzi rayonları Talibanın nəzarətində olan ölkə ciddi təhlükəsizlik problemi ilə üzləşib.
 
Hökumətin ötən illərdə dəfələrlə Taliban ilə sülh danışıqlarına başlamaq üçün səy göstərməsinə və bu çərçivədə Sülh Şurası yaratmasına baxmayaraq, hələ ki, bir nəticə əldə olunmayıb.
 
Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai dövründə Əfqanıstan rəhbərliyi ilə Taliban arasındakı danışıqların Qətərin paytaxtı Dohada  2013-cü ilin iyun ayında keçirilməsi planlaşdırılırdı. Lakin Talibanın ofisə "Əfqanıstan İslam Əmirliyi" lövhəsini və qondarma bayrağını asması ilə əfqan hökuməti danışıqlardan imtina etmişdi.
 
 Ofis bir ay sonra bağlanmış və sülh müzakirələri təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr