Fuad Oqtay: "Terrorçuların gözlərini açmağa qoymuruq və buna davam edəcəyik"

Türkiyə prezidentinin köməkçisi  Fuad Oqtay Türkiyəyə təhlükə yaratmağa çalışan terrorçuların gözlərini açmağa qoymayacaqlarını söylədi.

1150077
Fuad Oqtay: "Terrorçuların gözlərini açmağa qoymuruq və buna davam edəcəyik"

 Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay Yozqatın Çəkərək rayonunda Seçki Əlaqə Bürosunun açılış mərasimində iştirak etdi.
 
 Burada çıxış edən Oqtay terrorla uğurlu mübarizənin aparıldığını qeyd edərək dedi: "Qəhrəman ulu babalarımızın nəvələri olaraq silahlı və silahsız Pilotsiz Uçan Aparatlarımızla (PUA), tanklarla, toplarla, ən əhəmiyyətlisi isə, sarsılmaz imanımızla, terror təşkilatlarını və onların arxalarındakı şər mərkəzlərini dağıtmaq üçün inamla və inadla mübarizə edirik" dedi.
 
Ölkə daxilində, və ya sərhədlərdən kənarda, təhlükə haradan gəlirsə-gəlsin, terrorçuların vurulacağını bildirən Oqtay:"İstər separatçı terror təşkilatı PKK, istər Fətullahçı terror təşkilatı FETÖ, istəsə də başqa bir terror təşkilatı olsun, bizim üçün təhlükə yaratmağa çalışan terrorçuların gözlərini açmağa qoymuruq və buna davam edəcəyik" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr