Ərdoğan: "Türkiyə sərhədlərinin dibində terror dəhlizinin olmasına göz yummayacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin sərhədlərinin dibində bir terror dəhlizinin olmasına göz yummayacaqlarını qeyd edərək, nəyin bahasına olursa-olsun, bu dəhlizi dağıdacaqlarını söylədi.

1147677
Ərdoğan: "Türkiyə sərhədlərinin dibində terror dəhlizinin olmasına göz yummayacağıq"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Burdur Cümhuriyyət meydanında xalqa müraciət etdi.
 
 Ərdoğan çıxışında Suriyanın şimalında başda Amerika Birləşmiş Ştatları olmaqla, qərb ölkələrindən dəstək alan separatçı terror təşkilatı YPG/PKK-dan istifadə olunaraq terror dəhlizinin yaradılmasına cəhd göstərilməsi məsələsinə toxunaraq: "Türkiyə sərhədlərinin dibində bir terror dəhlizinin yaradılmaslna göz yummayacaq, buna razılıq verməyəcəyik" dedi.
 
 Ərdoğan:"Siz (ABŞ) terrorçulara İraq kanalı ilə 22-23 min tır silah verəcəksiniz. Biz pul ilə istəyəcəyik, amma verməyəcəksiniz. Bu necə ittifaqdır? Münbiçin söz verildiyi kimi, terror təşkilatlarından təmizlənməsini gözləyirik. Biz bu terror təşkilatına bu gün olmasa da, sabah mütləq ağır bir zərbə vuracağıq" deyə qeyd etdi.
 
 Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlarla Suriyanın şimalında terrorçulardan təmizlənilən bölgələrə suriyalıların geri dönmələrinin davam etdiyini vurğulayan Ərdoğan: "Hazırda 310 min suriyalını təhlükəsiz vəziyyətə gətirdiyimiz regionlara göndərmişik. Münbiç və Fərat çayının şərqi terrorçulardan azad edildikdən sonra milyonlarla suriyalı evlərinə qayıdacaq.Türkiyənin yeganə arzusu haqlı mübarizəsinə hörmət edilməsi və dəstək verilməsidir. Bu bölgədə yalnız Türkiyənin qarşısında deyil, yanında olanlar uğur qazanacaqlar" dedi.
 
 Türkiyə prezidenti Rusiyadan alınacaq hava müdafiə sistemləri barəsində: " (ABŞ rəsmiləri) bizə: "S-400 sistemlərini almayın" deyirlər. Niyə bu sistemləri almaqdan imtina etməliyik? Yunanıstanın illərdir S-300-ləri var, ona bir şey deyirlərmi?" dedi.



Әlaqәli Xәbәrlәr