İbrahim Kalın: ‘‘Toqquşmaların 60 faizi müsәlman ölkәlәrdә yaşanır’’

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın dünyadaki toqquşmaların 60 faizinin müsәlman ölkәlәrdә yaşandığını  söylәyib.

1142301

İbrahim Kalın İslam Ölkələri Statistika, İqtisadiyyat, Sosial Araşdırma və Təhsil Mərkəzinin tәşkilatçılığı ilә Türkiyәnin paytaxtı Ankarada keçirilәn panel iclasda  iştirak edib.

İclasda çıxış edәn  İbrahim Kalın bildirib ki, yalnız müsәlman ölkәlәr arasında deyil, Qәrb, Avropa vә Latın Amerikası kimi bir çox bölgәdә etibarsızlıq  vә gәlәcәklә bağlı qeyri-müәyyәnlik artıb.

İbrahim Kalın qeyd edib  ki, qarşıdurmalar  müsəlman ölkələrinin  təbii sәrvәtlәrini azaldır.

‘‘Dünyadaki toqquşmaların 60 faizi  müsәlman ölkәlәrdә yaşanır. Müsәlmәnların üzlәşdiyi problemlәrin öhdәsindәn gәlә bilmәlәri  üçün siyasi liderliyә vә birliyә ehtiyacları var’’,-deyә İbrahim Kalın qeyd edib.

Etiketlәr: #İbrahim Kalın

Әlaqәli Xәbәrlәr