Vaşinqtonda Türkiyə-ABŞ münasibətləri müzakirə olundu

Türkiyə Müdafiə Sənayesinin sədr müavini Camal Sami Tüfekçi Amerika Birləşmiş Ştatları ilə Rusiyadan hava hücumundan müdafiə sistemi S-400-lərin alınacağı ilə bağlı yaranan gərginliyi: "ABŞ rəhbərliyi S-400 məsələsini tamamilə siyasi səbəblərlə masaya qoy

1141220
Vaşinqtonda Türkiyə-ABŞ münasibətləri müzakirə olundu

 

 Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlıq və müdafiə məsələləri Vaşinqtonda Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) panelində müzakirə olundu.

 Paneldə Türkiyə Müdafiə Sənayesi sədrinin müavini Cəlal Sami Tüfekçi, Türkiyə və xarici ökələrdən olan ekspertlər iştirak etdilər.

 Paneldə Türkiyə ilə ABŞ münasibətlərində gərginliyə səbəb olan mövzular ön planda idi.

 Müdafiə Sənayesi sədrinin müavini Tüfekçi  ABŞ-ın Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemi S-400-lərin satın alması məsələsi ilə bağlı qayğılarının yersiz olduğunu vurğulayaraq: "Türkiyə aldığı sistemi ehtiyacları istiqamətində kofiqurasiya edərək istifadə edəcək" dedi.

 Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun Təhlükəsizlik Məsələləri üzrə Araşdırmalar şöbəsinin direktoru Murad Yeşiltaş bu il S-400 məsələsinin iki ölkə münasibətlərində tez-tez gündəmə gələcəyini bildirdi.

 Region ölkələrinin raket mənzilinin Türkiyəni əhatə etdiyini qeyd edən Yeşiltaş Türkiyənin milli təhlükəsizliyi üçün Rusiyadan raket almaq məcburiyyətində qaldığını da qeyd etdi.

 ABŞ Konqresi Türkiyəni F-35 döyüş təyyarəsini istehsal proqramından çıxarmaqla hədələyərək, S-400-lərin alınmasının qarşısını almağa çalışır.

 Konqresə yaxınlığı ilə tanınan think tank təşkilatı "The Heritage" fondunun mütəxəssisi Lyuk Koffi (Luke Coffey) də ABŞ Konqresinə F-35 döyüş təyyarələrinin Türkiyəyə göndərilməməsinin maliyyə, strateji və hüquqi nəticələri ilə bağlı xəbərdarlıq etdi.



Әlaqәli Xәbәrlәr