Türkiyə Ticarət naziri Rumıniyada səfərdədir

TürkiyəninTicarət naziri Ruhsar Pekcan Rumıniya ilə ikitərəfli ticarət həcminin qısa müddətdə 10 milyard dollara yüksəlməsini hədəflədiklərini söylədi.

1141619
Türkiyə Ticarət naziri Rumıniyada səfərdədir

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Rumıniya ilə ikitərəfli ticarət həcminin qısa müddətdə 10 milyard dollara yüksəlməsini hədəflədiklərini söylədi.
 
 Nazir Pekcan rəsmi görüşlər keçirmək üçün getdiyi Rumıniyanın paytaxtı Buxarestdə Rumıniya Baş naziri Vasilik Viorika Dençila (Vasilica Viorica Dancila)ilə görüşdü.
 
 Görüşdə mövcud ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, yeni əməkdaşlıq imkanları və Türkiyə-Aİ münasibətləri də müzakirə olundu.
 
 Xarici İqtisadi Əlaqələr Şurası (DEİK),  Rumıniya Ticarət və Sənaye Palatası və Türk iş adamları Dərnəyinin(TİAD) təşkilatçılığı ilə keçirilən Biznes Forumunda başda nazir Ruhsar Pekcan olmaqla, Rumıniya Ticarət və Biznesi İnkişaf Etdirmək  naziri Ştefan Radu Oprea, Rumıniya Sənaye və Ticarət Palatasının rəhbəri Mihay Daraban, DEİK sədrinin müavini Mithat Yenigün, DEİK Türkiyə-Rumıniya İş Şurasının sədri Ömər Süsli, TİAD sədri Güven Güngör və iki ölkənin iş dünyasının nümayəndələri iştirak etdilər.
 
 Nazir Pekcan biznes forumunda çıxış edərək, Türkiyə - Rumıniya münasibətlərinin bu günkü səviyyəsinə çatmasında iki ölkənin iş adamları və sərmayədarlarının çox böyük töhfəsinin olduğunu dedi.
 
 Aparılan danışıqlar nəticəsində ticari əlaqələrin daha da yüksələcəyini ifadə edən Pekcan Rumıniyanın Avropa İttifaqının dönəm sədri seçilməsi ilə bağlı məmnunluğunu dilə gətirdi.
 
 Pekcan Rumıniyanın dönəm sədrliyində Türkiyənin strateji hədəfi olan tam üzvlük prosesi və Gömrük İttifaqının yenilənməsi mövzularında konkret dəstək göstərəcəyinə  tam inandığını fadə etdi.
 
Türkiyənin Ticarət naziri Türkiyədə Rumıniyalı sərmayədarlar üçün bir çox sahədə mühüm imkanların olduğunu bildirdi, Türkiyənin dünyadakı ən əhəmiyyətli  cazibə mərkəzlərindən biri olduğunu vurğuladı.
 
 Ruhsar Pekcan: "Rumın iş adamlarını Türkiyədə sərmayə qoymağa, Türk iş adamlarını da Rumıniyada sərmayə qoymağa dəvət edirəm" dedi.



Әlaqәli Xәbәrlәr