ABŞ-Türkiyǝ arasında birgǝ hərbi qüvvǝ yaradılır

Amerika Birləşmiş Ştatlar ǝsgǝrlǝrinin Suriyadan çıxarılmaları ilǝ ǝlaqǝli prosesǝ nǝzarǝt vǝ koordinasiya edǝcǝk birgǝ qüvvǝ yaradılır. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

1140334
ABŞ-Türkiyǝ arasında birgǝ hərbi qüvvǝ yaradılır

 DEAŞ-a qarşı mübarizǝ mǝqsǝdiylǝ yaradılan koalisiyada iştirak edǝn ölkǝlǝrin Xarici işlǝr nazirlǝri yığıncağına qatılmaq üzrǝ Vaşinqtonda sǝfǝrdǝ olan Çavuşoğlu tǝşkil etdiyi mǝtbuat konfransında ABŞ-nın Suriyadan ǝsgǝrlǝrinin çıxarılacağı prosesi yaxından izlǝdiklǝrini vǝ bu çǝrçivǝdǝ ABŞ ilǝ Türkiyǝ arasında, ǝsgǝrlǝrin çıxarılmalarına dair işlǝri koordinasiya edǝcǝk birgǝ qüvvǝ yaradılacağına diqqǝt çǝkib. Çavuşoğlu vurğulayıb ki, qüvvǝnin yaradılmasını ABŞ dövlǝt departamentinin rǝhbǝrinǝ tǝklif etdiyimizdǝ bunu yüksǝk qiymǝtlǝndirdi. Yaradılacaq vǝzifǝ qüvvǝsi ǝsgǝrlǝrin çıxarılmasına nǝzarǝt edǝcǝk. Davam edǝn proses çǝrçivǝsindǝ bir araya gǝlǝrǝk qarşılıqlı tǝkliflǝr dǝyǝrlǝndirilǝcǝk. Münöbiç yol xǝritǝsinin tǝtbiqinǝ dair addımların sürǝtlǝ atıldığını, terror təşkilatı YPG / PKK-nın hələ də Münbiçdǝ olduğunu ifadǝ edǝn Çavuşoğlu: “Terror tǝşkilatları Münbiç ǝrazilǝrindǝn çıxmaq mǝcburiyyǝtindǝdilǝr. ABŞ Kürdlərlə terror təşkilatı YPG üzvlərini bir-birindǝn fǝrqlǝndirmǝlidir. Suriyanın şimal-şərqində etibarlı zona yaradılmasına dair fikir daha ǝvvǝl prezident ərdoğan tǝrǝfindǝn sǝslǝndirilsǝ dǝ ABŞ-nın keçmiş prezidenti Barack Obama rǝhbǝrliyi tǝklifǝ müsbǝt yanaşmadı”-deyǝ Çavuşoğlu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr