Türkiyə-ABŞ iş qrupu yığıncaqları sabah ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək

Xarici İşlər Nazirliyinin açıqlamasında xarici işlər nazirinin müavini səfir Sedat Önalın sabah Vaşinqtonda keçiriləcək Türkiyə-ABŞ iş qrupu yığıncaqlarına qatılacağı bildirilib.

1138440
Türkiyə-ABŞ iş qrupu yığıncaqları sabah ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək

Türkiyə-ABŞ iş qrupu yığıncaqları sabah ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Xarici İşlər Nazirliyinin açıqlamasında xarici işlər nazirinin müavini səfir Sedat Önalın sabah Vaşinqtonda keçiriləcək Türkiyə-ABŞ iş qrupu yığıncaqlarına qatılacağı bildirilib.

Açıqlamada yığıncaqlara xarici işlər nazirinin müavini Önal ilə ABŞ Dövlət Departamentinin Siyasi işlər müşaviri David Halenin bərabər başçılıq edəcəyi vurğulanıb.

ABŞ-ın keçmiş dövlət katibi Rex Tillersonın keçən il fevral ayında reallaşdırdığı Ankara səfərindən sonra ikitərəfli əlaqələrin normallaşdırılmasına dəstək olması məqsədilə Suriya konsulluq işləri və terror təşkilatı PKK ilə mübarizə mövzularında üç iş qrupu qurulmuşdu.

Suriyadakı terror təşkilatı YPG/PKK-nın mövcudluğu, Fetullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə, konsulluq işləri, terror təşkilatı PKK ilə ortaq mübarizə məsələlərini əsas götürən və əvvəlincisi 8 martda Vaşinqtonda baş tutan üç ortaq iş qrupu üçün yüksək səviyyəli heyətlər bir araya gəlməkdə davam edir.

ABŞ qüvvələrinin Suriyadan çıxma prosesi, Suriyadakı terror təşkilatlarının mövcudluğu, “Patriot” raket sistemlərinin satışı, Amerikan Federal İstintaq Bürosunun (FBI) FETÖ haqqındakı istintaqı kimi mövzularda Türkiyə ilə ABŞ arasındakı dialoq davam edir.

Sabahkı yığıncağın daha əvvəl 8 yanvarda Vaşinqtonda keçirilməsi planlaşdırılmış ancaq Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltonun Ankaraya səfərinə görə 5 fevrala təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr