Türkiyə İraqa 5 milyard dollar kredit verəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraqa görə üzərinə ən böyük öhdəlik götürən ölkənin Türkiyə olduğunu ifadə edərək, bu ölkəyə 5 milyard dollar kredit verəcəklərini söylədi.

1137816
Türkiyə İraqa 5 milyard dollar kredit verəcək

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  "Bəyoğlu görüşləri" çərçivəsində İstanbulda təşkil edilən toplantıda iştirak etdi.

Burada çıxış edən Çavuşoğlu cəmiyyətin fərqli kəsimlərini təmsil edən insanlarla görüşdüyünə görə xoşbəxt olduğunu söylədi.

Çıxışında İraqın yenidən qurulması məsələsinə toxunan Çavuşoğlu İraqa görə ən böyük öhdəlik götürən ölkənin Türkiyə olduğunu ifadə edərək, bu ölkəyə 5 milyard dollar kredit verəcəklərini söylədi.

Çavuşoğlu: " Bu 5 milyard dollardan iş adamlarımız istifadə edəcək. İraqda həyata keçiriləcək layihələr, qoyulacaq sərmayələr və ticarətimiz üçün bu puldan istifadə edəcəyik. Biz İraqın yenidən qurulması üçün bu işləri koordinasiya etməyə başlamışıq" dedi.

Türkiyənin sərhəd qonşularından biri olan İraqda cərəyan edən proseslərdən danışan Çavuşoğlu bunları:"İraqda hökumət quruldu, amma hələ işin başlanğıc mərhələsindədirlər" deyərək cəyiyyələndirdi.

"Hazırda İraqda əhatəli bir hökumətin olması və ölkənin yenidən qurulması ən əhəmiyyətli məsələdir" deyən Xarici İşlər naziri sözünə belə davam etdi: "Biz bu işləri İraqın yenidən qurulması üçün təşkil etməyə başlamışıq. Yaxın günlərdə həm Bağdada, həm də Ərbilə səfər edəcəyəm. Prezident Rəcəb Tayyib Ərdoğanın 31 martda keçiriləcək yerli seçkilərindən sonra İraqa edəcəyi səfəri üçün də hazırlıqlar aparacağıq. İraqın  başqa problemləri də var. Terror təhdidi hələ də davam edir. Bu baxımdan problemləri həll etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışırıq".



Әlaqәli Xәbәrlәr