Ərdoğan  İordaniya Kralı II Abdullahın şərəfinə ziyafət verdi

Liderlər başda Fələstin olmaqla, regional və beynəlxalq məsələləri müzakirə etdilər.

1137753
Ərdoğan  İordaniya Kralı II Abdullahın şərəfinə ziyafət verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İordaniya Kralı II Abdullahın şərəfinə ziyafət verdi.

Prezident və xanımı Əminə Ərdoğan  İordaniya Kralı II Abdullahı və xanımı Rania əl-Abdullahı İstanbulda Tarabya köşkündə qarşıladılar.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan İordaniya Kralı Abdullah II və həyat yoldaşı Rania ilə bilrlikdə Tarabya köşkünün balkonundan İstanbul boğazına tamaşa etdilər.

Ziyafətdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ticarət naziri Ruhsar Pekcan da iştirak etdilər.

Görüşdə Türkiyə ilə İordaniya arasında ikitərəfli əlaqələr nəzərdən keçirildi. Müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək üçün atılacaq addımlar müzakirə olundu.

Prezident Ərdoğan və Kral Abdullah regional və beynəlxalq məsələlər, xüsusilə də, Fələstin mövzusu ətrafında fikir mübadiləsi apardılar.

Türkiyə prezidenti yeməkdən sonra Tarabya köşkündə İordaniya Kralı II Abdullah ilə vidalaşdı.



Әlaqәli Xәbәrlәr