Rәcәb Tayyib Әrdoğan Fәlәstinlә bağlı açıqlama verdi

Türkiyә prezidenti İsrail parlamentinin әrәb mәnşәli millәt vәkillәrini qәbul edib.

1137566
Rәcәb Tayyib Әrdoğan Fәlәstinlә bağlı açıqlama verdi

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin Fәlәstin xalqını dәstәklәmәyә davam edәcәyini deyib.

Türkiyә prezidenti İsrail parlamentinin әrәb mәnşәli millәt vәkillәrini qәbul edib.

Mәlumata görә, görüş mәtbuata qapalı keçirilib vә 1 saat 50 dәqiqә davam edib.

İclasda çıxış edәn Әrdoğan Türkiyәnin Fәlәstindә sülh vә әmәin-amanlığın bәrqәrar olması üçün әlindәn gәlәni etdiyini bildirib. Türkiyә prezidenti bildirib ki, Türkiyә Fәlәstin xalqını dәstәklәmәyә davam edәcәk.

Rәcәb Tayyib Әrdoğan millәt vәkillәrinә birlik vә bәrabәrlik içindә hәrәkәt etmәyә davam etmәlәri ilә bağlı çağırış da  edib.

Prezident Ərdoğan, millət vəkillərinə "Qəzzada yaşanan İsrail zülmünə", "Yəhudi dövlət qanununa" və "Türkiyə ilə əlaqədar sәslәndirilәn  əsassız ifadələrə" qarşı nümayiş etdirdiklәri mövqeyә görә tәşәkkürünü bildirib.



Әlaqәli Xәbәrlәr