Mövlud Çavuşoğlu Rumıniyada keçirilәn iclasda iştirak etdi

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  Avropa İttifaqının qeyri rәsmi xarici işlәr nazirlәri iclası çәrçivәsindә Çinin ‘‘Bir Kәmәr, Bir Yol’’layihәsi ilә bağlı keçirilәn dәyirmi masa toplantısında iştirak edib.

1137193

Xarici İşlər naziri Mövlud Çavuşoğlu  rəsmi görüşlәr keçirmәk üçün sәfәr etdiyi Rumıniyanın paytaxtı Buxarestdә qatıldığı iclasla bağlı açıqlama verib.

Çavuşoğlu iclasla bağlı şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada deyib: ‘‘Aİ-na üzv vә üzvlüyә namizәd ölkәlәrin xarici işlәr nazirlәrinin qeyri rәsmi toplantısında Çinin ‘‘Bir Kәmәr, Bir Yol’’layihәsi әtrafında fikir mübadilәsi apardıq’’.

İclas mәtbuata qapalı keçirildi.

Әlaqәli Xәbәrlәr