Türkiyənin turizm gəlirləri artdı

Türkiyənin turizm sahəsindəki gəlirləri 2018-ci ildə əvvəlki ilə görə  12,3 % artaraq, 29 milyard 512 milyon 926 min dollara yüksəldi.

1136515
Türkiyənin turizm gəlirləri artdı

 

Türkiyə Statistika Qurumu (TÜİK) turizm sahəsinin 2018-ci il ilə ilə aid statistikasını açıqladı.
 
 TÜİK-in məlumatlarına görə, turizmdən əldə olunan gəlirlər keçən il əvvəlki ilə görə 12,3% artaraq, 29 milyard 512 milyon 926 min dollara yüsəlib.
 
 Sözügedən gəlirin 81,8%-i əcnəbi turistlərdən, 18,2%-i isə xaricdə yaşayan Türkiyə vətəndaşlarından əldə edilib.
 
Ötən ilə aid gəlirin 22 milyard 546 milyon 616 min dollarını şəxsi xərclər, 6 milyard 966 milyon 311 min dollarını isə paket tur xərcləri təşkil edib.
 
 Bu dövrdə orta hesabla adambaşına düşən xərc 647 dollar olub. Əcnəbilərin orta hesabla xərci 617 dollar, xaricdə yaşayan Türkiyə vətəndaşlarının orta hesabla xərci isə 801 dollar olub.
 
Yerli turistlərin sayı 2018-ci ildə əvvəlki ilə görə 18,1% artaraq, 45 milyon 628 min 673 nəfərə çatıb.
 
 Bunların 85,4%-ni (38 milyon 951 min 902 nəfər) əcnəbilər,  14,6%-ni isə (6 milyon 676 min 771 nəfər) xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.



Әlaqәli Xәbәrlәr