Kalın: "Türkiyənin dünyanın heç bir bölgəsində gizli gündəmi yoxdur"

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın ölkəsinin dünyanın heç bir bölgəsində bir gizli gündəmi olmadığını bildirdi.

1134466
Kalın: "Türkiyənin dünyanın heç bir bölgəsində gizli gündəmi yoxdur"

Prezident Aparatının sözçüsü İbrahim Kalın Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin  Konfrans zalında keçirilən "TİKA Ankara görüşü" proqramının açılışında iştirak etdi.

 Kalın burada çıxış edərək, TİKA-nın yalnız  yardım təşkilatı olmadığını, eyni zamanda, könüllər arasında körpü quran, dünyanın hər yerindəki məzlumlara sahib çıxan bir təşkilat olduğunu dedi.
 
 Türkiyənin uzun illərdir prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində çoxşaxəli xarici siyasət perspektivini həyata keçirməyə çalışdığını bildirən Kalın ölkənin getdiyi hər yerdə qarşılıqlı faydalanma siyasəti güddüyünü vurğuladı.
 
 Türkiyəni nəzərə almayan heç bir regional layihənin, siyasətin həyata keçməsinin və müvəffəqiyyət qazanmasının mümkün olmadığını vurğulayan sözçü Ərdoğanın "Dünya beşdən böyükdür", "Biz insanlara xidmət etməyə gəlmişik" sözləri yalnız Türkiyənin öz siyasi mövqeyini ifadə etmədiyinə, eyni zamanda, dünyaya baxışını da dilə gətirdiyinə diqqət çəkdi.
 
Kalın bunun ən konkret nümunələrinin TİKA, Diyanət İşləri İdarəsi, Yunus Əmrə İnstitutu, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlar İdarəsinin fəaliyyətlərində görüldüyünə işarə edərək, bunlar kimi xaricdə fəaliyyət göstərən digər qurumların getdikləri hər yerdə bu görüşü həyata keçirməyə çalışdığını bildirdi.
 
Kalın: "Türkiyənin dünyanın heç bir bölgəsində bir gizli gündəmi yoxdur. Türkiyə Ankarada nə deyirsə, İstanbulda nə deyirsə, Balkan ölkələrində də,  Asiyada da, Afrikada da eynisini söyləyən bir xarici siyasət perspektivinə malikdir" dedi.



Әlaqәli Xәbәrlәr