Heç bir ölkə Venesuelaya dövlət  başçısı təyin  edə bilməz

Heç bir ölkə Venesuelaya və ya başqa bir ölkəyə dövlət Başçısını təyin edə bilməz. Bunu Ədalət və inkişaf partiyasının sözçüsü Ömər Çelik deyib.

1132404
Heç bir ölkə Venesuelaya dövlət  başçısı təyin  edə bilməz

Venesuelada, Milli Məclis sədri Juan Guaidonun özünü "müvəqqəti dövlət başçısı" elan etməğinə Tvitter hesabından münasibət bildirə Ömər Çəlik: “Bir ölkəyə dövlət başçısı təyin edənlərin mənfəət axtardıqları aşkardır. Heç bir ölkə Venesuela və ya başqa bir ölkə üçün dövlət başçısı təyin etmə səlahiyyətinə sahib deyildir. Bu legitim deyil. Demokratiyanı mənimsəmiş ölkələr bunun idrakında olmalıdılar. Belə bir cəhd cəfəngiyat və təcavüzdən özgə heç nə deyil. Ölkənin müvəqqəti prezidenti budur demək Venesuela xalqını təhqir etməkdir. Bu qəbul edilməzdir.



Әlaqәli Xәbәrlәr