Malta prezidenti Türkiyə-Malta İş Şurası yığıncağına qatıldı

Malta prezidenti Mariu Luse Kolero Presa (Marie Louise Coleiro Preca) Ankarada görüşlərini davam etdirir.

1131711
Malta prezidenti Türkiyə-Malta İş Şurası yığıncağına qatıldı

Malta prezidenti Mariu Luse Kolero Presa (Marie Louise Coleiro Preca) Ankarada görüşlərini davam etdirir.

Qonaq prezident Türkiyə-Malta İş Şurası yığıncağına qatılaraq burada çıxış edib.

Səfərində Türkiyə ilə Malta arasındakı əlaqələrin qarşılıqlı olaraq inkişaf etdirilməsi üçün yerinə yetirilməsi vacib olan mövzuların müzakirə olunduğunu bildirən Presa yığıncaq və ikitərəfli görüşlər sayəsində qarşılıqlı əlaqələrin və xüsusi sektorun daha da inkişaf etdirilə biləcəyini söyləyib.

Presa “ Bizlər sadəcə tanış olmaq istəmirik, həmin zamanda tərəfdaş, dost olmaq istəyirik; xalqlarımızın və bölgəmizin mənfəəti üçün bunu etməliyik” deyib.

Malta prezidenti turizm sektorunun və bu sahədə təhsilin daşıdığı əhəmiyyəti vurğularaq, daha çox Türk tələbənin ingiliscə öyrənmək üçün Maltaya gəlməsini, xüsusi sektorun da Maltada sərmayə qoymasını istədiklərini dilə gətirib.

Presa “Hökumətimiz Türkiyə və Avropa İttifaqı müzakirəlirini dəstəkləməkdə davam edəcəkdir. Malta olaraq Aİ-nin gənişləmə siyasətlərini dəstəkləyirik. Davam etdirilə biləcək sülhməramlı və  firavan bir Avropa üçün bu cəhdlər çox qiymətlidir” deyib.



Әlaqәli Xәbәrlәr