Türkiyә Әfqanıstanda törәdilәn terror aktını qınadı
Türkiyә Әfqanıstanda Taliban silahlıları tәrәfindәn törәdilәn terror aktını qınadı.
Türkiyә Әfqanıstanda Taliban silahlıları tәrәfindәn törәdilәn terror aktını qınadı.
Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda deyilir: ‘‘Әfqanıstanın Vardak vilayәtinin Maydan şәhәrindә törәdilәn terror aktı nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Törәdilәn terror aktını qınayır, hücum nәticәsindә hәlak olanların ailәlәrinә, Әfqanıstan hökumәti vә xalqına başsağlığı, xәsarәt alanlara şәfa dilәyirik’’.
Qeyd edәk ki, dünәn Әfqanıstanın Vardak vilayәtinin Maydan şәhәrindә törәdilәn terror aktı nәticәsindә 126 nәfәr hәlak olmuşdu.
Hücumun terrorçu-kamikadze tәrәfindәn törәdildiyi bildirilmişdi.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq