Ərdoğan: "DEAŞ başda olmaqla, hamısının cavabı ağır olacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə ən kiçik bir hücum təşəbbüsü göstərənlərə ən ağır cavab veriləcəyini söylədi.

1130067
Ərdoğan: "DEAŞ başda olmaqla, hamısının cavabı ağır olacaq"

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) ekiz qüllələr konfrans zalında keçirilən İqtisadi Şurada çıxış etdi.

Ərdoğan çıxışında bunları bildirdi: "DEAŞ başda olmaqla, YPG, PYD - hamısının cavabı ağır olacaq. Onun üçün heç kim bizi narah etməyə çalışmasın. Bəziləri siyasi yolla, bəziləri döyüş meydanlarında silahla, bəziləri masa arxasında diplomatik yolla Türkiyəni yenidən özlərinin düşündükləri dar qəliblərə soxmaq üçün canfəşanlıqla çalışırlar. Halbuki, o günlər artıq geridə qaldı". 

Ərdoğan Amerika Birləşmiş Ştatları, Rusiya də digərləri ilə olan görüşlərin razılaşma ilə nəticələnməsini arzu etdiklərini bildirərək dedi: " Amma bu o demək deyildir ki, sonsuza qədər gözləyəcək, gözümüzün qarşısında aparılan hazırlıqların nəticələrərini seyr edəcəyik. Bütün qüvvəmizlə sərhədlərdəyik. Hadisələrin inkişafını yaxından təqib edirik. Bizə verilən sözlərə əməl edilsə, çox gözəl olar. Əks təqdirdə, hazırlıqlarımızı demək olar ki, başa çatdırdıq, öz strategiyamız istiqamətində lazımi addımları atmağa başlayacağıq".

Ərdoğan Fəratın şərqində təhlükəsiz bölgənin yaradılması ilə bağlı gündəm məsələsi barəsində: "Ölkəmizə qarşı yeni bataqlığa çevriləcək təhlükəsiz bölgə tətbiqinə əsla icazə verməyəcəyik. Təhlükəsiz bölgə təklifimiz terror təşkilatlarını Türkiyənin nəzarətində sərhədlərimizdə uzaq tutma məqsədi daşıyır" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr