Akar: "Hədəfimiz terrorçulardır, əsla və qətiyyən kürd qardaşlarımız deyil"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türk əsgərinin digər əməliyyatlarda olduğu kimi "Zeytun Budağı" əməliyyatında da dastan yazdığını söylədi.

1129947
Akar: "Hədəfimiz terrorçulardır, əsla və qətiyyən kürd qardaşlarımız deyil"
akar hatay zeytin dali1.jpg

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yaşar Gülər, Quru Qüvvələri komandanı Ümid Dündar, Hərbi Dəniz Qüvvələri komandanı ordu admiralı Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Həsən Küçükakyüz ilə Hataydakı birliklərə baş çəkdi.

Afrindəki terror hədəflərinə qarşı aparılan və müvəffəqiyyətlə başa çatan "Zeytun Budağı" əməliyyatında iştirak edəm komandirlərlə görüşən Akar 20 yanvar 2018-ci ildə başlayan əməliyyatın beynəlxalq hüquqa uyğun, Türkiyənin haqlarını və hüququnu qoruyacaq şəkildə, insan haqlarını pozmadan, məzlum və günahsız insanlara zərər vermədən, ətraf mühitə, tarixi, dini tikililərə heç bir zərər vurmadan martın 18-də böyük bir uğurla başa çatdırıldığını xatırlatdı.

Akar: "Mehmedcik digər əməliyyatlarda olduğu kimi "Zeytun Budağı" əməliyyatında da dastan yazdı, böyük bir uğur əldə etdi" dedi.

Hazırda  Münbiç və Fəratın şərqinin problemli sahələr olduğunu ifadə edən Hulusi Akar bununla əlaqədar lazımi hazırlıqların aparıldığını və planların tutulduğunu bildirdi.

Yeri və zamanı gəldiində burada əməliyyatların aparılacağını vurğulayan Akar: "Bu fəaliyyətləri həyata keçirərkən Suriyanın da, İraqın da ərazi bütövlüyünə, siyasi bütünlüyünə hörmətlə yanaşırıq" dedi.

Hədəflərinin terrorçular olduğunu qeyd edən nazir: "Heç kimi şübhəsi olmasın, bizim hədəfimiz terrorçulardır, əsla və qətiyyən kürd qardaşlarımız deyildir. Belə bir şey ağlımıza gəlməz" deyə danışdı.

Akar terrorla mübarizənin son terrorçu zərərsizləşdirilənədək davam edəcəyini bidirərək dedi: "Ölkəmizin cənubunda Suriyanın şimalında hər hansı bir şəkildə terror dəhlizinin yaradılmasına əsla icazə verməyəcəyik. Belə bir şey əsla müzakirə mövzusu ola bilməz. Sərhədlərimizin, xalqımızın təhlükəsizliyi üçün əlimizdə gələn hər şeyi etdik və etməyə davam edəcəyik".

 

 



Әlaqәli Xәbәrlәr