Prezident Rəcəb Tayyib Ərdoğan Trampla telefonla danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonla danışdı.

1125589
Prezident Rəcəb Tayyib Ərdoğan Trampla telefonla danışdı

 Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa Türkiyənin kürdlərlə deyil, təhlükəsizliyinə təhdid təşkil edən terror təşkilatları ilə mübarizə apardığını söylədi. 

Ərdoğan bunu Trumpa telefon danışığı zamanı bildirdi.

Trampa Suriyadan geri çekilme qərarını məmnuniyyətlə qarşıladıqlarını ifadə edən Ərdoğan bu çərçivədə Türkiyə olaraq NATO müttefiqi ABŞ-a istənilən dəstəyi verməyə hazır olduqlarını xatırlatdı.

Telefon danışığına dair verilən açıqlamada ikitərəfli əlaqələrlə yanaşı Suriyada yaşanan son vəziyyətin də müzakirə olunduğu bildirildi.

Açıqlamaya göre, ayrıca  bölgədə  avtoritet boşluğunun yaranmaması üçün Münbiç yol xəritəsinin tamamlanması, həmçinin geri çəkilmə qərarının həyata keçirilməsinə mane olmaq istəyən ünsürlərə imkan verilməməsinin vacibliyini vurğulayan iki lider ictimaiyyət qarşısında düzgün ünsiyyətin daşıdığı əhəmiyyəti dilə gətirdi.

 Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını, məqsədin milli təhlükəsizliyi təhdid edən terror təşkilatı DEAŞ, PKK və PKK-nın Suriyadakı qolları ilə mübarizə aparmaq olduğunu vurguladı.

Qeyd edək ki, Tramp “Twitter” hesabındakı paylaşmasında ABŞ-ın Suriyadan çıxmağa başladığını və terror təşkilatı DEAŞ ilə mübarizənin davam edəcəyini bildirmişdi.

Tramp həmin zamanda Türkiyənin terror təşkilatı YPG/PKK-nı hədəf götürməsi qarşısında ölkəni iqtisadi sansksiya ilə təhdid etmiş və bölgədə 20 mil məsafədə təhlükəsiz bölgədə yaradacaqlarını qeyd etmişdi. 

Digər tərəfdən, Ağ Evin sözçüsü Sarah Sanders prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığı ilə bağlı verdiyi açıqlamada bildirdi ki, görüşdə ABŞ qoşunları çəkilməyə başladığı zaman Suriyada iki ölkə arasında davam edən əməkdaşlıq da daxil müxtəlif sahələrdə ikitərəfli və gələcəkdəki əməkdaşlığa dair mövzular müzakirə edildi. Prezident Tramp Suriyanın şimal-şərqilə əlaqəli Türkiyənin təhlükəsizliyinə dair narahatlıqlarının müzakirəsində Türkiyə ilə birgə çalışma arzusunu dilə gətirdi və həmin zamanda Türkiyənin Suriyadakı kürdlərə və DEAŞ-ın məğlub edilməsində birgə addım atılan digər  Suriya Demokratik Qüvvələrinə (SDG) Türkiyənin pis rəftar göstərməməsinin ABŞ üçün daşıdığı əhəmiyyət vurğulandı.

Açıqlamanın sonunda isə ABŞ-ın Baş Qərargah rəisi Cozef Dunfordun bu gün ölkəmizin Baş Qərargah rəisi Yaşar Gülərlə bir araya gələrək Suriyadakı əməkdaşlığı müzakirə edəcəkləri bildirildi.



Әlaqәli Xәbәrlәr