ATƏT-in xüsusi nümayəndəliyinə səfir Mehmet Paçacı təyin olundu

Türkiyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Müsəlmanlara Qarşı Dözümsüzlük və Ayrı-seçkiliklə Mübarizə üzrə xüsusi nümayəndəliyinə səfir Mehmet Paçacının təyin olunmasını məmnunluqla qarşıladı.

1123827
ATƏT-in xüsusi nümayəndəliyinə səfir Mehmet Paçacı təyin olundu

Türkiyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Müsəlmanlara Qarşı Dözümsüzlük və Ayrı-seçkiliklə Mübarizə üzrə xüsusi ATƏT-in vəzifəsinə səfir Mehmet Paçacının təyin olunmasını məmnunluqla qarşıladı.

XİN tərəfindən yayılan açıqlamada ATƏT-in 2019-cu ildə dövr sədrliyini üzərinə götürən Slovakiyanın Müsəlmanlara Qarşı Dözümsüzlük və Ayrı-seçkiliklə Mübarizə üzrə xüsusi nümayəndəliyinə səfir Paçacını təyin etdiyi bildirilib.

Mehmet Paçacının bu vəzifəni 3 dövrdür davam etdirən Bülənt Şenaydan təhvil alacağı qeyd edilib. Açıqlamada 57 iştirakçı dövlət ilə dünyanın ən böyük regional təhlükəsizlik təşkilatı olan ATƏT-in siyasi-hərbi, iqtisadi-ekologiya və humanitar sahədəki fəaliyyətlərinə Türkiyənin təsirli şəkildə töhfə verdiyi vurğulanıb.

“Regional sabitsizlik, qeyri-qanuni köç axınları və artan terror təhdidləri kimi zəmanəmizdə insanları sınayan bu mövzularda artan tolerantsızlık, ksənofobiya, irqçilik və İslam əleyhinə olan təmayülərin qarşısının alınması baxımından ATƏT daxil bütün beynəlxalq quruluşların cəhdlərinin dəstəklənməsi Türkiyə üçün əhəmiyyət kəsb edir. Müsəlmanlara qarşı dözümsüzlük çərçivəsində ATƏT-in dövr sədrliyinin sözü gedən təyin işi tərəfimizdən məmnunluqla qarşılanmışdır” deyə XİN tərəfindən yayılan açıqlamada qeyd olunub.



Әlaqәli Xәbәrlәr