Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinə ölkənin xarici siyasətinə dair məlumat verdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada terror təşkilatı ilə bu qədər sıxı əlaqədə olduqdan sonra, buradan ayrılmasının çətin olduğunu söylədi.

1122192
Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinə ölkənin xarici siyasətinə dair məlumat verdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada terror təşkilatı ilə bu qədər sıxı əlaqədə olduqdan sonra, buradan ayrılmasının çətin olduğunu söylədi.

Çavuşoğlu “Türkiyənin xarici siyasətindəki son vəziyyət” barədə Türkiyə Böyük Millət Məclisi Xarici İşlər Komissiyasını məlumatlandırdı.

ABŞ-ın Suriyadan geriçəkilmə qərarına toxunan Çavuşoğlu ölkənin müxtəlif qurumlarından dəyişik səslər ucaldığını vurğulayaraq bildirdi ki, geriçəkilmədə ABŞ-ın çətinlikləri olduğunu görürük. Terror təşkilatları ilə bu qədər sıxı əlaqədə olub, sonra ayrılmaq da çətin olur.

Çavuşoğlu Türkiyənin əlaqədə olduğu Qərbli ölkələrlə yanaşı Astana prosesində birgə işlədiyi Rusiya və İran ilə də bu prosesin koordinasiyası üçün addım atmaq istədiyini bildirdi.

Xarici İşlər naziri Çavuşoğlu Rusiya və İran ilə əldə olunun, indiyədək tətbiqində problem yaşanmamış İdlib razılışmasında bundan sonra da problem yaranmasını arzu etmədiklərini söylədi.

Çavuşoğlu meydanda çətinliklər olduğunu, amma öhdəsindən gəldiklərini qeyd etdi.

Mövlud Çavuşoğlu Rusiyada Türkiyə və İran liderlərinin də iştirakı ilə yeni üçlü zirvə yığıncağı üçün hazırlıqların davam etdiyini də bildirdi.

Kıbrıs müzakirələrinə də toxunan Çavuşoğlu Avropa Parlamenti seçkilərinə görə müzakirələrin başlanmasının mümkün olmadığını söylədi.

Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinə də münasibət bildirən Çavuşoğlu “Hər iki tərəfin də cəhdləri var, əlaqələri gücləndirmək üçün addımlar atırıq” dedi.

Mövlud Çavuşoğlu Türkiyənin Yəmən mövzusundakı həssaslığına da işarə edərək “Yəmən məsələsinin həlli bu il prioritetlərimizdən olacaq” ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr