Hulusi Akar: “ Bölgə terror təşkilatlarından təmizlənməli”

Milli Müdafiə naziri Hulusi Akar, Ankarada səfərdə olan ABŞ Baş qərargah rəisi ordu generalı Joseph Dunford ilə görüşdü.

1121913
Hulusi Akar: “ Bölgə terror təşkilatlarından təmizlənməli”
dunford-akar2.jpg
Akar.jpg

Milli Müdafiə Nazirliyindən yayılan bəyanata görə Türkiyənin Baş qərargah rəisi ordu generalı Gülərin də qatıldığı görüşdə PKK / YPG terror təşkilatına verilən silahların geri toplanması və DEAŞ da daxil olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə mövzusu müzakirə olunub.

Məlumata görə nazir Akar danışıq zamanı vurğulayıb ki, Münbiç Yol xəritəsi dərhal tamamlansın və bölgə terror təşkilatı PKK / YPG-dən təmizlənsin. Türkiyə sərhədlərinin təhlükəsizliyi və bölgədə sabitliyin bərpası üçün lazımlı tədbirləri almaqda imtina etməyəcək”.



Әlaqәli Xәbәrlәr