Donald Trampın Suriyadan geriçəkilmə qərarı doğru addımdır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donlad Trampın Suriyadan çəkilmə məsələsində doğru qərar verdiyini vurğuladı.

1121214
Donald Trampın Suriyadan geriçəkilmə qərarı doğru addımdır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donlad Trampın Suriyadan çəkilmə məsələsində doğru qərar verdiyini vurğuladı.

Ərdoğan “New York Times” üçün yazdığı məqaləsində  qeyd edib ki, ABŞ-ın beynəlxalq ictimaiyyətin və Suriya xalqının maraqlarının qorunması üçün Suriyadan çəkilmənin diqqətlə planlaşdırılması və doğru tərəfdaşlarla iş birliyi içərisində həyata keçirilməsi lazımdır.

Türkiyə dövləti olaraq DEAŞ və Suriyadakı digər terror təşkilatlarıyla mübarizədə qətiyyətli bir əzm içərisindəyik.
Suriyada terrorçular üçün qələbə olmayacaq. Türkiyə Suriyada öz təhlükəsizliyini təmin edir. NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə bu vəzifəni yerinə yetirmə gücü və qətiyyətli mövqeyi olan yeganə ölkədir.

Türkiyənin Suriya kürdlərilə hər hansı probleminin olmadığını vurğulayan Ərdoğan terror təşkilatı YPG/PKK-nın uşaqları silahlandırdığına daqqət çəkib.

Ərdoğan məqaləsində davamla yazıb ki, keçirdiyimiz “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatları ilə terror təşkilatının NATO sərhədlədlərinə daxil olmasının qarşısını aldıq. Türkiyə və Avropada terror hücumları keçirmə qabiliyyətlərinə ciddi zərər verdik. Türkiyə tarixin bu ən kritik dövründə əlini daşın altına qoyur. Bu prosesdə beynəlxalq ictimaiyyətin havadarımız olacağına inanırıq. DEAŞ-ı məhv etmək və Suriyanın ərazi bütövlüyünü mühafizə etmək üçün bütün tərəflərin güc birliyi etməsinin vaxtı gəlib.

Məqaləsində Suriyanın gələcəyində rol götürəcək aktyorlara dair işarələr də verən Ərdoğan qeyd edib ki, ilkin plandaki başqa yol isə bütün icmaların kifayət səviyyədə təmsil edilməsinin təmin olunmasıdır. Türkiyənin müşayiətində hazırda terror təşkilatları YPG/PKK yaxud DEAŞ-ın nəzarətində olan Suriya torpaqları xalq tərəfindən seçki ilə müəyyən edilən yerli məclislər tərəfindən idarə olunacaq. Terror təşkilatları ilə əlaqədə olmayan hər kəs yerli idarələrdə öz icmalarını təmsil etmə hüququna sahib olacaqlar.

Suriyanın torpaq bütövlüyünün təmin edilməsi üçün Türkiyənin ciddi səy göstərdiyini vurğulayan Ərdoğan “Türkiyə bu prosesdə bütün addımlarını dost və müttəfiq ölkələrlə əməkdaşlıq edərək atmaq arzusundadır. Cenevrə və Astana proseslərində olan bir ölkə kimi həm ABŞ, həm də Rusiya ilə həmin zamanlı olaraq işlə bilən yeganə ölkəyik. Bu tərəfdaşlıq əsasında Suriyadakı məsələni həll edəcəyik” deyə qeyd edib.  



Әlaqәli Xәbәrlәr