Hulusi Akar: “Terrora qarşı mübarizəmiz davam edəcək”

Kürd, Ərəb və Türkmənlər başda olmaqla bütün etnik və dini camaatlar üçün təhdid təşkil edən terror təşkilatı PKK / YPG və DEAŞ-a qarşı mübarizəmiz davam edir. Əsas hədəfimiz bu uşaq qatillərini məhv etməkdir. Bunu Milli müdafiə naziri Hulusi Akar deyib.

1120778
Hulusi Akar: “Terrora qarşı mübarizəmiz davam edəcək”


Hulusi Akar, Anadolu Agentliyinə (AA) mövzu ilə əlaqəli açıqlamasında Suriyada cərəyan edən proseslər və terrora qarşı mübarizə mövzusuna toxunub. O qeyd edib ki, terrora qarşı mübarizəmiz eyni qətiyyətlə davam edir. TSQ-nın mübarizəsi əsrlər boyu eyni coğrafiya və eyni çörəyi bölüşdüyümüz kürd qardaşlarımıza qarşı yox, bütün etnik və dini icmaları, xüsusilə də Kürd, ərəb və türkmən qardaşlarımızı təhdid edən PKK / YPG və DEAŞ terror təşkilatlarına qarşıdır. PKK / YPG heç vaxt kürdləri təmsil etmədi və etməyəcək. Bu terror təşkilatı bölgədə təhlükəsizlik və sabitlik üçün böyük təhdid hesab edilir. Hətta başda Kürdlər olmaqla Suriyalıların doğma vətənlərinə qayıtmalarına maneə törədir. Buna icazə verməyəcəyik.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə Məsləhətçisi John Bolton, Amerikan əsgərlərinin Suriyadan çəkilməsinin bəzi ön şərtlərə əsaslandığını, terror təşkilatı YPG / PKK-nı nəzərdə tutaraq, ABŞ-ın Suriyadan çəkilməsinin Türkiyənin kürd döyüşçülərinin təhlükəsizliyini zəmanət etməsinə və DEAŞ-ın məğlubiyyətindən asılı olduğunu irəli sürmüşdü. Prezidentin sözçüsü İbrahim Kalın isə, bu açıqlamaya sərt reaksiya vermiş və “Türkiyənin Kürdləri hədəf götürdüyü” şəklindəki ifadələrin xəyal məhsulu olduğunu, yeganə hədəfin PKK / PYD / YPG kimi terror təşkilatlarını məhv etməkdən ibarət olduğunu vurğulamışdı.

 



Әlaqәli Xәbәrlәr