ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir

ABŞ Milli Təhlükəsizlik müşaviri John Bolton, Baş qərargah Başçısı Joseph Dunford və Suriya üzrə xüsusi nümayəndə Ceyms Jeffri bu gün Ankarada olacaq.

1120639
ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir

ABŞ nümayəndə heyətinin Türkəyəyə səfəri iki gün davam edəcək. Heyətin keçirəcəyi görüşlərdə ABŞ-nın Suriyadan əsgərlərini çıxaracağı tarix və terror təşkilatı DEAŞ-a qarşı mübarizə məsələsi müzakirə ediləcək.

Qonaq heyətə danışıqlar zamanı Türkiyənin qırmızı xəttləri bildiriləcək. ABŞ əsgərlərinin Suriyadan çıxması ilə separatçı terror təşkilatı YPG / PKK və DEAŞ üçün yeni fəaliyyət sahələrin yaradılmamasının zərurətinə təkid ediləcək. ABŞ-nın terror təşkilatı YPG / PKK-ya verdiyi silahlar da gündəmə daxil ediləcək. Bu silahların dərhal toplanması istəniləcək. Türk əsgərlərinin Suriya ərazilərində izləyəcəkləri güzərgah, hava məkanından istifadəsi, koalisiyanın hava dəstəyi kimi mövzularda müzakirə olunacaq.

Munbiç mövzusunda terror təşkilatı YPG / PKK-nın bölgədən çıxarılması və təhlükəsizliyin bərpasına üstünlük verilməsi, həmçinin yol xəritəsinin həyata keçirilməsinin vacibliyi vurğulanacaq.



Әlaqәli Xәbәrlәr