Türkiyə Mayk Pompeonu qınadı

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Suriya məsələsində Türkiyə haqqındakı sözlərini qınandı.

1119465
Türkiyə Mayk Pompeonu qınadı

ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Suriya məsələsində Türkiyə haqqındakı sözləri qınandı.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy həmin mövzudakı açıqlamasında Pompeonun Türkiyəyə yönəldilmiş ifadələrinə reaksiya göstərərək: "Biz Pompeonun üslub və məzmun baxımından ölkəmiz haqqında bəyanlarını rədd edirik” dedi.

O, Pompeonun YPG / PKK terror təşkilatını kürdlərlə əlaqələndirməsinin qəsdən deyilsə naharat edici olduğunu və onun bu barədə kifayət qədər məlumatının olmadığını ifadə etdi.

Hami Aksoy Suriyanın siyasi birliyinə və torpaq bütövlüyünə qəsd edən və öz milli təhlükəsizliyinə qarşı mövcudluğuna görə təhdid olan PKK/PYD/YPG ilə DEAŞ terror təşkilatlarına qarşı mübarizəsini qətiyyətli şəkildə davam etdiriləcəyini vurğuladı.

Kürdlər daxil bütün Suriya xalqını qucaqlayan Türkiyənin bir terror təşkilatı ilə mübarizəsinin Suriyadakı müəyyən kütlənin hədəf götürüldüyü şəkildə səhv təqdim edilməsinin “əsla qəbul edilə bilməyəcəyini” vurğulayan Aksoy bildirib ki, bu terror təşkilatının (YPG/PKK) DEAŞ ilə mübarizədə tərəfdaş kimi görülməsini də sərt şəkildə qınayırıq. Türkiyə istər terrorla mübarizəsində, istər Suriya münaqişəsinə siyasi həll yolu tapılmasında göstərilən cəhdlərində suriyalı kürdlərin haqlarının qorunmasına səy göstərəcəktir. PYD/YPG zülmündən qaçan yüz minlərlə suriyalı kürdə hələ də Türkiyə ev sahibliyi edir və bu şəxslərin PYD/YPG təzyiqi səbəbindən öz torpaqlarına qayıtmadıqları da unutulmamalıdır.

Amerika “NewsMax” telekanalına müsahibəsində Türkiyə ilə əlaqəli qalmaqallı ifadələr işlədən Pompeo demişdi ki, bunları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə geriçəkilmə deyil, prezidentin ortaya qoyduğu digər bütün ünsürlər: Türklərin kürdləri qətlə yətirməmələrini təmin etməyin əhəmiyyəti, Suriyada dini azlıqların qorunması; bütün bunlar hələ də ABŞ-ın ortaya qoyduğu missiyanın hissəsidir.



Әlaqәli Xәbәrlәr